Azad Rəhimov gənclərlə “selfie” çəkdirdi-Foto

media-hightechnic-468x90

95259Xəbər verdiyimiz kimi bu gün Beynəlxalq Muğam Mərkəzində “İlk Avropa Oyunları qədim Bakı torpağında” adlı mahnının və klipin təqdimat mərasimi keçirilib.

Yenicag.az qafqazinfo-ya istinadən xəbərə verir ki, mərasimdə gənclər və idman naziri, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri İnam Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və bir sıra təşkilatların rəhbər şəxsləri iştirak ediblər.

Tədbirdə çıxış edən nazir A.Rəhimov və “ASAN xidmət”in sədri İ.Kərimov idman azarkeşlərini gözəl mahnı və maraqlı klip münasibətilə təbrik edərək Azərbaycan incəsənət ustalarına təşəkkür ediblər.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru A.Rəhimov mahnı və kliplə bağlı deyib: “Azərbaycan və Avropa tarixində ilk dəfə keçiriləcək bu Oyunlara incəsənət nümayəndələrinin dəstək vermələri təqdirəlayiq haldır. Klip Avropa Oyunları ərəfəsində bəstəkar və müğənnilərimiz tərəfindən çox gözəl bir hədiyyədir. İnanıram ki, bu mahnı və klipi tək idman azarkeşləri deyil, bütün xalqımız maraqla dinləyəcək”.

Tədbirdə Azərbaycanın tanınmış müğənniləri, əməkdar artist Sevda Ələkbərzadə və xalq artisti Samir Cəfərov da çıxış edərək, I Avropa Oyunlarınn ölkəmizin tarixində ən qürurverici hadisələrdən olduğunu, yarışların başlanmasını bütün xalqımızın, o cümlədən, incəsənət ustalarımızın da səbirsizliklə gözlədiklərini qeyd ediblər.

Tədbirin sonunda akapella və fleşmob təşkil olunub, A.Rəhimov gənclərlə “selfie” çəkdirib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600