!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AZAL əcnəbi futbolçu ilə yollarını ayırıb

!Reklam – Yazi

AZAL Alamadine Omeqa Roberts ilə yollarını ayırıb.

Bu barədə apasport.az saytına klubun mətbuat xidmətinin rəisi Eldəniz Məmmədov açıqlama verib.

Klub rəsmisi bildirib ki, Azərbaycan Premyer Liqasının XXI turunda “Kəpəz”lə matçda yerdə yıxılan rəqibinə təpik vuran oyunçunun bu hərəkəti onun komandadan uzaqlaşdırılması ilə nəticələnib. Artıq sabah onunla olan müqaviləyə xitam veriləcək: “Bu gün iclas oldu, baş məşqçi dedi ki, komandanın nüfuzuna xələl gətirirsən. Oyunçuya yaraşmayan hərəkətlər edirsən. 7 tur ərzində iki dəfə qırmızı vərəqə almısan. Ona görə də komandadan uzaqlaşdırılırsan. Meneceri də bu barədə məlumatlıdır”.

Eldəniz Məmmədovdan “təyyarəçilər”in mövsümün sonuna qədər müddəti olan müqaviləni pozduqları üçün təzminat ödəyib-ödəməyəcəklərini də soruşduq: “Əgər futbolçu ardıcıl intizamsızlıqlara yol verirsə və klubun daxili nizam-intizam qaydalarını pozursa, onunla birtərəfli şəkildə vidalaşmaq hüququmuz var”.

Qeyd edək ki, Omeqa Robertsin bu hərəkəti matçın gedişində hakimin gözündən yayınsa da, AFFA-nın İntizam Komitəsi hadisəni cəzasız qoymayıb. “Kəpəz” – AZAL matçının videoyazısını izlədikdən sonra komitə legionerin aqressiv hərəkətini aşkarlayıb. Oyunun 64-cü dəqiqəsində rəqib futbolçuya qarşı edilən bu hərəkət onun 3 matçlıq cəzalanmasına səbəb olub. AZAL isə 2400 manat cərimələnib.

Yeniçağ.Az

COP29

www.yenicag.az

822
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv