AZAL-ın təyyarəsinin “qara qutu”larının təhlilinə başlanılıb

media-hightechnic-468x90

Braziliyanın Aeronavtika Komandanlığının texniki mütəxəssisləri Aktauda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin “qara qutuları”nın deşifrə olunmasına başlayıblar.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu abrədə Braziliyanın G1 portalı məlumat yayıb.

“Qara qutu”lardan əldə edilən məlumatlar Qazaxıstan Hava Qəzalarının Təhqiqat Departamentinə veriləcək. Məlumatların deşifrə olunmasında Qazaxıstandan olan 3 müstəntiq, o cümlədən Azərbaycan və Rusiyadan olan nümayəndələr iştirak edirlər.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı-Qroznı reysini həyata keçirən “Embraer 190” təyyarəsində 62 sərnişin və 5 ekipaj üzvü – ümumilikdə 67 nəfər olub. Təyyarənin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05