Sərxoş halda saxlanılan Fərhad Hacıyevin oğludur? – AÇIQLAMA

DYP-nin keçirdiyi son reyddə sərxoş halda saxlanılan sürücülərdən biri məmur övladıdır.

Yenicag.az BakuPost-a istinadən xəbər verir ki, kobud qayda pozuntusu etdiyi üçün Nobel prospektində saxlanılan “Yaguar” markalı avtomobilin sürücüsü Fərhad Hacıyevin yoxlama zamanı sərxoş vəziyyətdə sükan arxasında əyləşdiyi məlum olub. Sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün həkim müayinəsinə gətirilən sürücünün etdiyi qayda pozuntusu sübuta yetirilib.

Fərhad Hacıyev AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin oğludur. Atasının yaxın çevrəsi vasitəsilə oğlu barədə xəbərin yayılmasının qarşısını almağa çalışdığı, lakin buna nail ola bilmədiyi deyilir. DYP Fərhad Hacıyevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün sənədləri məhkəməyə göndərib.

Lakin Yenicag.az-la əlaqə saxlayan AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski faktı təkzib edib: “AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin Fərhad adında oğlu yoxdur”.

COP29