Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan 111 min ağac əkməklə Türkiyəyə dəstək olacaq

“Gələcəyə nəfəs ol!” şüarı altında hər il noyabrın 11-də Türkiyədə keçirilən kütləvi ağacəkmə aksiyasına dəstək məqsədilə Azərbaycan növbəti dəfə qardaş ölkənin genişmiqyaslı kampaniyasına qoşulacaq və böyük məmnuniyyətlə bu nəcib aksiyaya töhfə verəcək.

Yenicag.az xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

“Türkiyənin təşəbbüsü ilə keçirilən aksiya çərçivəsində ölkə ərazisində 11-ci ayın 11-ci günündə ümumilikdə 111 min ağac əkiləcək və beləliklə, ölkə üzrə əkəcəyimiz 111 min ağac “Gələcəyə nəfəs ol!” şüarı altında qardaş ölkənin keçirdiyi böyük aksiyaya simvolik töhfəmiz olacaq”, – Kərimov deyib.

Nazir müavini, həmçinin deyib ki, genişmiqyaslı ağacəkmə tədbirləri böyük coşqu ilə Qarabağ bölgəsində də keçiriləcək və təkcə Zəngilan rayonu ərazisində 1111 ədəd müxtəlif cinsli ağac əkiləcək, toxum səpiləcək.

Kərimov onu da qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı ağacəkmə tədbirləri olan “Yaşıl Marafon”, “Ölkə üzrə 44 min ağac əkilməsi”, “Gələcəyə nəfəs ol! kampaniyasına dəstək” aksiyaları eyni zamanda, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 26-cı sessiyasında (COP 26) qəbul olunmuş istilik effekti yaradan qaz tullantılarının azaldılması ilə bağlı ölkəmizin götürdüyü öhdəliklərin yerinə yetirilməsinə və qoşulduğu təşəbbüslərə də öz töhfəsini verəcək.

www.yenicag.az

141
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100