Azərbaycan 34-cü medalını qazandı

media-hightechnic-468x90

скачанные файлы (1)Bu gün Bakı-2015 I Avropa Oyunlarında batut gimnastikası üzrə yarışlara yekun vurulacaq.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, 4 növdə mükafatçıları müəyyənləşdirəcək idmançıların yarışında fərdi mübarizəyə yekun vurulub.

Qadınlar və kişilərin fərdi çıxışlarında final mərhələsində iki Azərbaycan təmsilçisi də qüvvəsini sınayıb.

Kişilərin yarışında çıxış edən İlya Qrişunin 58,765 xalla 3-cü olub. Bununla da bürünc medal qazanan təmsilçimiz Azərbaycanın 34-cü medalını rəsmiləşdirib.

O, yalnız rusiyalı Dmitri Uşakov (60,050), belaruslu Vladislav Hançarovdan (59,380) geri qalıb.

Eyni vaxtda keçirilən qadınların yarışında çıxış edən Svetlana Makştarova 52,595 xalla 5-ci olub.

Bu yarışda mükafatları rusiyalı Yana Pavlova (54,335), böyük britaniyalı Katerin Driskol (53,910) və belaruslu Anna Harçonak (53,565) qazanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600