Azərbaycan 4 ölkəyə xəbərdarlıq etdi

media-hightechnic-468x90

Azərbaycana gətirilən məhsulların uyğunsuzluğu ilə bağlı 4 ölkəyə xəbərdarlıq məktubu ünvanlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümünələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb. Müəyyən olunan konkret faktlar üzrə AQTA tərəfindən qanunamüvafiq tədbirlər görülür.

Həmçinin Yeni Zelandiya, Çin, Özbəkistan, Rusiyadan idxal olunan qida məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına xəbərdarlıq məktubları ünvanlanıb, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600