!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan Amerika silahlarının potensial alıcısıdır” - Elxan Ələsgərov

!Reklam – Yazi

“907-ci düzəlişin ləğvi Vaşinqtona Azərbaycana silah satışını həyata keçirməyə imkan verəcək”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında ABŞ prezidenti Donald Trampın təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Vaşinqtonun Azərbaycana silah satışını əngəlləyən hüquqi maneələri aradan qaldıra biləcəyinə dair bəyanatını şərh edən “Baku Network” Ekspertlər Şurasının sədri Elxan Ələsgərov deyib.

Elxan Ələsgərovun sözlərinə görə, Boltonun bu bəyanatının İrəvanda ciddi təşviş doğurması heç də əsassız deyil:
“ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun İrəvana səfəri erməni siyasətçilərində dərin ümidsizlik yaradıb. Paşinyanın “inqilabçılar” komandasının üzvləri üçün ən böyük gözlənilməzlik isə Boltonun Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla tet-a-tet görüşdən imtina etməsi oldu.

Boltonun prezident Donald Trampın Azərbaycana dövlət səviyyəsində yardım, o cümlədən hərbi yardım göstərilməsini əngəlləyən “Azadlığa dəstək Aktı”na edilmiş 907-ci düzəlişi aradan qaldırmaq üçün səlahiyyətlərindən yararlana biləcəyini söyləməsi isə İrəvandakılar üçün şokedici sürprizə çevrildi. Çünki sözügedən qadağanın götürülməsi Vaşinqtona Azərbaycana silah satışını həyata keçirməyə imkan verəcək.

Bu məsələyə isə istisnasız olaraq, ABŞ-Azərbaycan münasibətləri kontekstində yanaşmaq lazımdır. Hər halda, Azərbaycanın ABŞ üçün əhəmiyyətinin artdığı göz qabağındadır. Bu çərçivədə ABŞ-dan silah almaq məsələsi o qədər də mühüm deyil. Çünki Azərbaycan Rusiya ilə yanaşı İsrail və NATO-nun ən güclü ölkələrindən biri olan Türkiyədən ən müasir silahlar alır.

Sadəcə olaraq, 907-ci düzəlişin ləğvi ABŞ-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinə əngəl olan bəzi maneələrin aradan qaldırılmasına imkan verəcək. Uzun müddət “ABŞ-dakı qüdrətli erməni diasporu”na güvənən Ermənistan isə Azərbaycanla qarşıdurmada uzun müddət yararlandığı təsir imkanını itirmiş olacaq.

Boltonun ABŞ-ın Cənubi Qafqaz regionu ölkələrinə silah satışına qoyulmuş moratoriumu götürməsi İrəvanda ciddi həyəcan doğurub. Ermənistanda ABŞ silahının əldə olunmasına yaranan imkanla bağlı qaldırılan hay-küy isə sadəcə, Amerikadan cüzi də olsa, hərbi yardım almağa yönəlik ümidin təzahürüdür.

Yəni bu qərar Ernənistan üçün nəyisə dəyişmir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan və Rusiya ilə çoxsaylı müqavilələrlə bağlılığı qalan Ermənistan hətta “inqilab”dan sonra da müstəqil şəkildə ABŞ-dan silah almaq imkanında deyil.

Bunun əksinə olaraq, Bakının çoxvektorlu xarici siyasət yürütməsi, ölkənin maliyyə imkanları və qardaş Türkiyənin yardımı ilə öz Silahlı Qüvvələrini NATO standartlarına uyğunlaşdırması Azərbaycanı ABŞ silahlarının potensial alıcısına çevirir”.

Qafqaz Ömərov

COP29

www.yenicag.az

4528
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv