Azərbaycan Basketbol Liqasının qalibi olan “Sabah”a çempionluq kuboku təqdim edildi

media-hightechnic-468x90

Azərbaycan Basketbol Liqasının 2025/2026 mövsümünün qalibi olan “Sabah” mükafatlandırılıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, final seriyasının üçüncü oyununda “Abşeron Lions”u məğlub edən “bayquşlar”a çempionluq kubokunu və qızıl medalları gənclər və idman naziri Fərid Qayıbov, həmçinin Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev təqdim edib.

Mövsümü ikinci başa vuran “Abşeron Lions” kollektivinin oyunçularına gümüş medallar təqdim olunub.

Bundan başqa, “Sabah”ın heyətində Castin Tilman mövsümün ən dəyərli oyunçusu seçilib və xüsusi mülafata layiq görülüb.

Qeyd edək ki, final seriyasının hər üç oyununda qələbə qazanan (98:93, 112:84, 108:95) “Sabah” 2025/2026 mövsümünün qalibi adını qazanıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05