!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan daha 13 ölkədən uçuşlara icazə verdi

!Reklam – Yazi

Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə qərarda dəyişiklik edilib.

Yenicag.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Sənədə əsasən, 2021-ci il 6 sentyabr tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:

Çin Xalq Respublikası;

Estoniya Respublikası;

Finlandiya Respublikası;

Fransa Respublikası;

Honq-Konq (ÇXR);

Xorvatiya Respublikası;

İslandiya Respublikası;

İtaliya Respublikası;

Latviya Respublikası;

Litva Respublikası;

Malayziya;

Səudiyyə Ərəbistanı Krallığı;

Yaponiya.

www.yenicag.az

540
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv