!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan derbisində qalib müəyyənləşmədi, "Sumqayıt" 3-cü sıraya yüksəldi

!Reklam – Yazi

Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma baş tutub.

Günə “Zirə” – “Səbail” matçı ilə start verilib. Bu görüşdə tərəflər hərəyə 1 qolla 1 xal qazanıblar.

Daha sonra Azərbaycan derbisində “Neftçi” “Qarabağ”ı qəbul edib. Bu görüşdə ümumiyyətlə qapılara qol vurulmayıb.

Günün son oyununda isə “Sumqayıt” “Kəpəz”lə münasibətlərə aydınlıq gətirib. Əzmkar qələbə qazanan meydan sahibləri xal itkisi ilə üzləşən “Zirə”ni qabaqlayaraq 3-cü sıraya yüksəliblər.

 

Azərbaycan Premyer Liqası
XX tur
14 mart (çərşənbə)

“Zirə” – “Səbail” – 2:1
Qol: Aleksandr Dedov, 17 – Nikoloz Apakidze, 54
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Rauf Cabbarov
Zirə İdman Kompleksinin stadionu.

“Neftçi” – “Qarabağ” – 0:0
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov.
Bakı. 8-ci km stadionu.

“Sumqayıt” – “Kəpəz” – 2:1
Qollar: Bəhlul Mustafazadə, 72. Cavid İmamverdiyev, 89 – İqor Korotetski, 44
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Elşən Acalov, Ramil Diniyev
Sumqayıt stadionu.

Qeyd edək ki, ötən gün keçirilən “Keşlə”- “Qəbələ” matçı 1:1 hesabı ilə başa çatıb.

www.yenicag.az

3321
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv