Azərbaycan dünyada internetin sürətinə görə neçənci yerdədir?

media-hightechnic-468x90

Bu ilin iyun ayında Azərbaycanda sabit genişzolaqlı internetin orta sürəti əvvəlki ayla müqayisədə 4 pillə irəliləyərək 81,36  Mbit/s təşkil edib. 

Yenicag.az “Speedtest Global Index”ə əsasən, xəbər verir ki, ölkəmiz bu göstərici ilə 152 ölkə arasında 83-cü sırada yer alır.

Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə isə Sinqapur (393.15 Mbit/s),  Honq Konq (323.87 Mbit/s) və Fransa (319.43 Mbit/s) olub.

Mobil internet sürətində isə Azərbaycan iki pillə irəliləyərək 72,52 Mbit/s sürətini əldə edib və 103 ölkə arasında 55-ci yerdə qərarlaşıb.

Mobil internetin sürətinə görə liderlərin ilk üçlüyünə BƏƏ (546.14 Mbit/s), Qətər (517.44 Mbit/s) və Küveytin (378.45 Mbit/s) olub./Valyuta.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600