!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan efirində güneyli bir sənətçiyə qarşı tərbiyəsizliyin bu cür münasibət doğuracağı aydın idi” – REAKSİYA

!Reklam – Yazi

“Güneydə bu hadisəni şişirtməyə çalışan, təfriqa salanların içində manqurtlaşmış soydaşlarımız da az deyil”.

Bu fikirləri ARB telekanalının “Həmin Zaur” verilişində qonaq sənətçi Afşin Azərinin aparıcı Zaur Kamal tərəfindən efirdən qovulmasının Güney Azərbaycanda doğurduğu təpki haqda danışan Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu xoşagəlməz olay Quzeydə olduğu kimi, Güneydə də sərt təpki ilə qarşılanıb:

“Bütün hallarda öncə bunu qeyd etmək lazımdır ki, istənilən veriliş və ya şəraitdə dəvət olunan qonaqla belə davranmaq tərbiyəsizlikdir. Yeri gəlmişkən xatırladım ki, bu, güneyli müğənnilərə qarşı yol verilən ilk xoşagəlməz hal deyil. Bundan əvvəl Babək adlı müğənniyə yönəlik də hörmətsizlik olmuşdu. Lakin o hadisə bu səviyyədə deyildi.

Əlbəttə, Afşinin efirdən qovulması Güneydə çox mənfi qarşılandı. Bu günə qədər olayla bağlı sosal şəbəkələrdə və mətbuatda yazılar gedir. Burada bir haşiyəyə çıxım. Bəzən belə şərhlərə rast gəlirik ki, o verilişin aparıcısı İran casusudur. Mən belə düşünmürəm. O adam sadəcə, bilərəkdən, ya bilməyərəkdən tərbiyəsizlik edib.

Təəssüf doğuran başqa bir hal budur ki, Güneydə bu hadisəni şişirtməyə çalışan, təfriqa salanların içində manqurtlaşmış soydaşlarımız da az deyil. Onlar sanki əllərinə böyük fürsət düşübmüş kimi davranaraq bunu çox qabardırlar, çox dövr etdirirlər. Lakin buna bizim düşüncəmizdə reaksiya verənlər də çoxdur. İnanmaq istərdim ki, o cür arzuedilməz hal bir daha təkrarlanmayacaq və birliyimizi istəməyənlərə yeni bəhanələr verilməyəcək”.

A.Zeynalov

www.yenicag.az

911
Ads
www.veteninfo.com
!Reklam – Arxiv