Azərbaycan estafedi Hollandiyaya ötürəcək
II Avropa Oyunlarına ev sahibliyi edəcək ölkənin adı açıqlanıb.
Yenicag.az apasport.az-a istinadən xəbər verir ki, bu barədə qərar Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin Türkiyədə keçirilən iclasında verilib.
Belə ki, yığıncaqda öncə Kosovo AOK-un sıralarına qəbul olunub. Bununla da qurumdakı ölkələrin sayı 50-yə çatıb.
Ardınca 50 milli Olimpiya Komitəsinin nümayəndələrinin səsverməsi ilə 2019-cu ildə II Avropa Oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib. Əvvəlcədən gözlənildiyi kimi, səsvermənin favoriti olan Hollandiya bu hüquqa yiyələnib.
Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-28-də Bakıda keçiriləcək.