!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan Estoniya millisinə məğlub oldu - YENİLƏNDİ

!Reklam – Yazi

Azərbaycan yığması UEFA Millətlər Liqasında səfərdə Estoniya millisinə məğlub olub.

Yenicag.az xəbər verir ki, C Liqasının I qrupundakı qarşılaşmada yığmamız 1:3 hesabı ilə uduzub.

Tallində gerçəkləşən matçda hesabı meydan sahiblərindən 32-ci dəqiqədə İoan Yakovlev açıb. 45+ 1-ci dəqiqədə yığmamız hesaba tarazlıq gətirib. Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirib. Bununla belə, Estoniya fasiləyə üstün yollanmağı bacarıb. 45+2-ci dəqiqədə Vlasiy Sinyavski Mehdi Cənnətovun qoruduğu qapıya yol tapıb. Qarşılaşmada yekun hesabı 71-ci dəqiqədə fərqlənən Rokko Robert Şeyn təyin edib.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma Millətlər Liqasında növbəti oyununu oktyabrın 14-də Slovakiyaya qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:00-da start götürəcək./Report/

***

72-ci dəqiqədə Rokko Robert Şeyn hesabı 3:1 edir.

***

Qoldan iki dəqiqə sonra estonlar yenə hesabda önə keçir – 2:1.

***

Yığmamız hesabı bərabərləşdiridi. 44-cü Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirib – 1:1.

***

Meydan sahibləri hesabda irəli çıxıb. 32-ci dəqiqədə İoan Yakovlev fərqlənib – 1:0.

***

Matç başladı.

***19:36

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti matçına çıxacaq.

Yenicag.az xəbər verir ki, Fernandu Santuşun komandası səfərdə Estoniya ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Milli komandaların start heyətləri açıqlanıb:

Estoniya: 12. Karl Yakob Heyn, 3. Mihael Şyonninq-Larsen, 4. Mattias Kayt, 5. Rokko Robert Şeyn, 8. Henri Anyer, 11. Mihkel Aynsalu, 13. Maksim Paskotsi, 15. İoan Yakovlev, 16. Yoonas Tamm, 18. Karol Mets (k), 23. Vlasi Sinyavski.

Ehtiyat oyunçular: 1. Matvey İqonen, 22. Karl Vallner, 2. Marten Kuusk, 6. Rasmus Peetson, 7. Robi Saarma, 9. Erik Sorqa, 10. Sergey Zenyov, 14. Patrik Kristal, 17. Martin Miller, 19. Mixael Lilander, 20. Markus Poom, 21. Martin Vetkal.

Baş məşqçi: Yürgen Henn.

Azərbaycan: 1. Mehdi Cənnətov, 3. Elvin Cəfərquliyev, 5. Anton Krivotsyuk, 7. Coşqun Diniyev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 17. Toral Bayramov, 20. Aleksey İsaev, 22. Abbas Hüseynov (k).

Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Şəhriyar Əliyev, 4. Zamiq Əliyev, 6. Ozan Can Kökçü, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 14. Rüstəm Əhmədzadə, 16. Vadim Abdullayev, 18. Ceyhun Nuriyev, 19. Xəyal Nəcəfov, 21. Qismət Alıyev.

Baş məşqçi: Fernando Santuş.

COP29

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv