Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41,4 min ton ət idxal edib.
Yenicag.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 90,5 milyon ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 11,2 min ton (36,9 %), dəyər baxımından isə 30,4 milyon ABŞ dolları (50,5 %) çoxdur.
Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,6 %-ni təşkil edib.
www.yenicag.az