!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan fərqli variantlara əl ata bilər: “İrəvan yaxşı başa düşür ki…”

!Reklam – Yazi

 

“Görüşdən sonra gərginlik də mümkün ehtimaldır”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə müzakirə predmetinə çevrilən məsələlərin verəcəyi nəticələrdən danışan politoloq Turan Rzayev deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə İsrailin “Hizbullah”a qarşı əməliyyatları, İran-İsrail münaqişəsinin gərginləşməsi və Azərbaycanla Ermənistan arasında sülh prosesinin davam etdiyi dövrdə İlham Əliyevin Rusiya səfəri xüsusi diqqət çəkir. “İkili görüşlərdə qeyd olunan məsələlər üzrə müzakirələr aparıla bilər. Kreml Bakının strateji və rəsmi səviyyədə tanınan üç müttəfiqindən biridir. Bu baxımdan, Azərbaycanın regional və geosiyasi məsələlərdə Rusiya ilə müzakirələri normaldır.

Xüsusilə indiki məqamda tərəflər arasında aktual məsələ Azərbaycanla Ermənistanın sülh prosesisidir. Faktiki olaraq Azərbaycanın şərtləri Ermənistan tərəfindən məqsədyönlü şəkildə təhrif edilir. Yəni sülh prosesini manipulyasiya etməyə çalışır. Çiy sülh müqaviləsinin imzalanmasından gələcəkdə münaqişənin alovlanmasına şərait yaratmaq istəyir. Azərbaycan isə bunda maraqlı deyil. Ermənistanın şərtləri qeyri-şərtsiz qəbul etməsini və regionda sülhün bərqərar olmasını tələb edir”, – deyə o əlavə edib. Politoloq vurğulayıb ki, sadalanan məsələlərin Putinlə görüşdə müzakirəsi mümkündür. “Düzdür, rəsmi məlumat olmasa da, Ermənistan və Azərbaycan dövlət başçılarının sammit sonrası bir araya gəlməsi ehtimalları da böyükdür.

Yaxud qeyri-rəsmi formatda üçlü görüş də keçirilə bilər. Rusiya bununla həm regional maraqları çərçivəsində, həm də mövcud Qərb-Rusiya qarşıdurması fonunda proseslərdəki dominantlığını və əsas aktor olduğunu göstərməyə çalışacaq. Görüşdən sonra Ermənistanın ritorikasında dəyişikliklər baş verə bilər. Çünki İrəvan yaxşı başa düşür ki, müəyyən məsələdə Kremlin sözünə etibar edirik. Yəni Ermənistanı sülhə məcbur edə bilərdik. Ancaq regional sülhün tərəfdarı olduğumuz üçün hərbi ritorikalara ən sonda müraciət edirik. Eyni zamanda, görüşdən sonra gərginlik də mümkün ehtimaldır. Lakin bu, o demək deyil ki, baş verənlər görüşünü nəticəsidir. Hər şey Ermənistanın sərgiləyəcəyi mövqedən asılıdır.

Əgər konstruktiv yanaşma sərgiləyərək, sülhdə maraqlı olduğunu göstərsə, Azərbaycan da eyni şəkildə cavab verəcək. Yox, əgər əksi olacaqsa, Azərbaycan da fərqli variantlara əl atmaq barədə düşünəcək”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

79
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv