Azərbaycan filmi qalib olub

media-hightechnic-468x90

7741İzmirdə keçirilən 15-ci Beynəlxalq Qısa Film Festivalında Azərbaycan istehsalı olan “Sonuncu” filmi ilin “Ən yaxşı xarici film”i seçilib.

Bu il festivala 63 ölkədən 1100 qısa film qatılıb. Bu filmlərdən yalnız 10 film final mərhələsinə keçib. 5 gün davam edən festival çərçivəsində finala düşmüş filmlərlə yanaşı, yerli və xarici tamaşaçılara 200 qısa film nümayiş olunub.

2014-cü il Türkiyə kinematoqrafının 100 illiyi kimi qeyd olunur və bu səbəbdən 15-ci İzmir Beynəlxalq Qısa Film Festivalı bu il xüsusi əhəmiyyət kəsb edib. Festivalın jürisi tanınmış yerli və xarici kino peşəkarları olub. Qaliblər xüsusi təntənəli Qala Gecədə elan olunub.

“Sonuncu” filmi “Ən yaxşı xarici film” kateqoriyasında birinci yeri tutmaqla qalib seçilib və festivalın “Qızıl Pişik” mükafatına layiq görülüb. Mükafat İzmirin bələdiyyə rəhbəri tərəfindən Buta İncəsənət Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə direktoru Fuad Hətəmova təqdim olunub.

İzmir kinofestivalı jürisinin prezidenti, Türkiyənin məşhur rejissoru Tunç Başaran filmin çox yüksək səviyyədə və peşəkarlıqla çəkildiyini deyib.

“Bunu hər bir detalda – rejissor və operator işində, həmçinin filmin dərin emosional mənasında və gözəl musiqisində hiss etmək mümkündür. Finalda digər güclü xarici filmlərin olmasına baxmayaraq, “Sonuncu” filmi bizə çox təsir etdi. Hesab edirəm ki, bu ilk növbədə filmin prodüserlərinin böyük əməyinin nəticəsidir. Filmin bütün kollektivini bu gözəl qələbə ilə təbrik edirəm”

“Sonuncu” filmin rejissoru Sergey Pikalov, operatoru Denis Madişevdir, prodüserlər Nəsib Piriyev və Mariya İvanovadır. Filmdə baş rollarda azərbaycanlı aktyorlar – İdris Rüstəmov və Corc Qafarov çəkilib. Bu dərin və orijinal dramın çəkilişi Bakıdan 120 km aralıda yerləşən Şabran şəhərində, Sura kəndində aparılıb.

Qeyd edək ki, 2014-cü ildə tarixdə ilk dəfə Rusiya-Azərbaycan komandasının prodüserləşdirdiyi “Sonuncu” filmi Kann Kinofestivalının əsas müsabiqə proqramına daxil edilib.

2014 ilin may ayından etibarən “SONUNCU” filminin planetin böyük festivallarına səyahəti davam edir. San-Paoloda (Braziliya) keçirilən qısametrajlı filmlərin beynəlxalq kinofestivalında “SONUNCU” 2014-cü ilin ən yaxşı debüt filmi olaraq SESc TV tərəfindən təltif olunub.

(topnews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600