Azərbaycan hakeri İnterpol xətti ilə axtarışa verib

media-hightechnic-468x90

9231c8531739b77a5d3d3e9d3ce5cf42Azərbaycanda bəzi şirkətlərin hesabından külli miqdarda pul oğurlayan daha bir nigerli haker barəsində İnterpol xətti ilə axtarış elan edilib.

media-banner_tuq

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Niger vətəndaşı, 34 yaşlı Abdul Hafiz Kolavi kompüter sistemi və elektron-kompüter xidmət qaydalarının pozulması, kompüter sistemlərinə qanunsuz müdaxilə və oğurluqda təqsirli bilinir.

Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

Qeyd edək ki, bundan əvvəl də Azərbaycan hüquq-mühafizə orqanları bir neçə əcnəbi haker barəsində beynəlxalq axtarış elan edib. Onların arasında Niger vətəndaşları da var.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05