Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq turnirdə 5 qızıl medal qazandı

media-hightechnic-468x90

Azərbaycan idmançısı Aydın Əlibəyov Rusiyanın Sankt-Peterburq şəhərində atçılığın dresaj növü üzrə keçirilən “Maksima Masters” Avrasiya Kubokunda yüksək nəticələr əldə edib.

media-banner_tuq

Dövlət Sərhəd Xidmətindən Yenicag.az-a verilən məlumata görə, iki gün davam edən turnirdə 3 atla iştirak edən təmsilçimiz cavan atlar arasında (5-7 yaş) yarışlarda dörd qızıl və “Prix Sant George” proqramı üzrə bir bürünc medal qazanıb.

O, “İntermediate 1 Freestyle2 proqramında isə daha bir qızıl mükafata sahib çıxıb.

Qeyd edək ki, atçılığın dresaj növü üzrə ilk milli komanda Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi və təşəbbüsü ilə 2023-cü ildə yaradılıb. Yığmanın əsas məqsədi 2028-ci ildə ABŞ-ın Los-Anceles ştatında keçirilməsi planlaşdırılan Yay Olimpiya Oyunlarına vəsiqə qazanaraq ölkəni layiqincə təmsil etməkdir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05