!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan iki erməni hərbçinin qalıqlarını Ermənistana təhvil verib

!Reklam – Yazi

Azərbaycan 2 erməni hərbçiyə aid olan meyit qalıqlarını qarşı tərəfə təhvil verib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatından sonra işğaldan azad olunmuş ərazilərdə aparılmış axtarış işlərinin nəticəsində Daşkəsən rayonu istiqamətində Buğdadağ yüksəkliyinin və Kəlbəcər rayonu istiqamətində Dəvə dağının yaxınlığında iki insana aid olduğu ehtimal edilən sümük qalıqları aşkarlanaq götürülüb. Qalıqların 2022-ci ilin sentyabr ayında Ermənistan-Azərbaycan sərhədində baş vermiş döyüş əməliyyatı zamanı həlak olmuş iki Ermənistan hərbçisinə aid olması müəyyənləşdirilib.

Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin genetik araşdırmalar mərkəzində həyata keçirilmiş molekulyar-genetik ekspertiza ilə həmin meyit qalıqlarının itkin düşmüş iki Ermənistan hərbçisinə aid olması öz təsdiqi tapıb.

Azərbaycan Respublikası xoşməramlı niyyətini və humanizm prinsiplərinə sadiqliyini növbəti dəfə nümayiş etdirərək 21 iyun 2024-cü il tarixində üçüncü tərəfin və ya hər hansı digər vasitəçinin iştirakı olmadan iki erməni hərbçisinin meyit qalıqlarını Ermənistana təhvil verib.

***

Azərbaycan iyunun 21-də 2022-ci ilin sentyabrında ölən iki Ermənistan hərbçisinin qalıqlarını İrəvana təhvil verib.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Mətbuat Xidməti məlumat verib.

“İyunun 21-də Azərbaycan tərəfi 2022-ci ilin sentyabrında iki günlük döyüşlər zamanı ölən iki erməni hərbçisinin qalıqlarını Ermənistan tərəfinə təhvil verib”, – deyə Ermənistan MTX-nin yaydığı mətndə qeyd olunur.

COP29

www.yenicag.az

176
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv