Azərbaycan ilə IGAD-yə üzv Afrika dövlətləri arasında əməkdaşlıq müzakirə olundu - FOTO

media-hightechnic-468x90

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Afrika qitəsinin səkkiz ölkəsini birləşdirən Hökumətlərarası İnkişaf Təşkilatının (IGAD) icraçı direktoru Vorkneh Gebeyehu Negevo ilə görüşüb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüşdə Azərbaycan ilə IGAD-yə üzv olan Afrika dövlətləri arasında ikitərəfli və beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlər və institusional mexanizmlərin əhəmiyyəti vurğulanıb.

Həmçinin Azərbaycan və IGAD arasında siyasi, iqtisadi, təhsil, səhiyyə, iqlim, ictimai xidmət, nəqliyyat və kommunikasiya sahələri üzrə əməkdaşlığın inkişaf perspektivləri habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05