Vens: "ABŞ faktiki olaraq İran dəniz limanlarının blokadasını ləğv edib"

media-hightechnic-468x90

“Amerika Birləşmiş Ştatları faktiki olaraq İran dəniz limanlarının blokadasını aradan qaldırıb və Tehran ticarət gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verməyə başlayıb”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib.

“ABŞ Mərkəzi Komandanlığı ondan çox gəminin dəniz blokadasından keçməsinə icazə verib. Beləliklə, biz də razılaşmanın öz payımıza düşən hissəni yerinə yetiririk”, – Vens əlavə edib.

Vens bundan başqa ABŞ-ın İran yaxınlığında hərbi mövcudluğunun azaldılmasının da razılaşmanın bir hissəsi olduğunu bildirib.

“Bu, yekun razılaşmadır. Bu halda, qoşunlarımızın səviyyəsini də münaqişədən əvvəlki səviyyəyə endirəcəyik. Yəni orada əlavə aviadaşıyıcı zərbə qrupları saxlamayacağıq”, – Vens vurğulayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05