Mutarika İlham Əliyevi təbrik etdi

media-hightechnic-468x90

Malavi Respublikasının Prezidenti Artur Piter Mutarika Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Zati-aliləri.

28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi Malavi Respublikasının Hökuməti və xalqı adından təbrik etməkdən məmnunam.

Fürsətdən istifadə edərək ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasında mövcud olan sıx dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə qarşıdakı illərdə də dərinləşməkdə davam edəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına davamlı firavanlıq və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05