Kəşfiyyatın səssiz qəhrəmanı: XANI

media-hightechnic-468x90

İstidir. Üzü Ağdama doğru gedirik. Yeni çəkilmiş düz asfalt yolla…
Ağdamın Üçoğlan kəndindən sonra yolumuz İsmayılbəyli kəındinədir.

media-banner_tuq

Ətrafda insanboyunda qurumuş otların arasında uçulmuş dağılmış evlərin divarları boylanır. Evlərin divarlarının pəncərə yerlərinin arasından sanki ruhlar boylanır insana…
Kəşfiyyatın səssiz qəhrəmanı:
Kəndlərdə insanlar yaşamır. Kənd yerlə yeksan edilib. İsmayıbəyli kəndinə gedən yolda sanki 30 ildir işğal dövründə qürurla yalnız evlərin divarları ayaqda qala bilib. Ağaclar susuzluqdan quruyub. Vaxtında bu kənddə nar bağları olub. Bu bağlarda yetişən xüsusi keyfiyyətli nar, xarici ölkələrə daşınıb. Ən çox da elə bu kəndləri, bu bağları yer üzündən silməkdə ermənilərə kömək edən Rusiyaya…

İsmayıbəyli kəndinin girişində əfsanəvi qəhrəmanlarımızdan birinin portretini yerləşdiriblər.
Kəşfiyyatın səssiz qəhrəmanı:
Bizim Ağdama səfərimizin də əsas məqsədi o qəhrəmanı yaxından tanımaq idi. Biz onu yaxından tanıyıb, Azərbaycana daha çox tanıtmaq üçün getmiçdik İsmayılbəyliyə…

O Xanı idi. Hamının “Xanı” kimi tanıdığı İsmayılbəyli kəndində doğilub boya-başa çatmış “Xanı” ləqəbli kəşfiiyyatçı gizir Səyyaf Əhmədov.
Əhmədov Səyyaf Fiqan oğlu 5 aprel 1971-ci ildə Ağdam rayonunun İsmayılbəyli kəndində dünyaya göz açıb. Sadə ailədə böyüyən Səyyaf kiçik yaşlarından Vətən sevgisi və igidliyi ilə seçilib.
Kəşfiyyatın səssiz qəhrəmanı:
1992-ci ildə könüllü olaraq Azərbaycan Ordusuna yazılan Səyyaf Əhmədov qısa müddətdə ön cəbhəyə göndərilib. Kəşfiyyatçı kimi xüsusi əməliyyatlarda iştirak edib, düşmən arxasında cəsarəti və soyuqqanlılığı ilə seçilib.
Döyüşlər zamanı 3 dəfə ağır yaralanmasına baxmayaraq, heç vaxt silahdaşlarını tək buraxmayıb. Onun həmkəndliləri və döyüş dostları bildirirlər ki, Səyyaf Əhmədov dəfələrlə həyatını təhlükəyə ataraq yoldaşlarını xilas edib.

Ətrafda quşların səsi dərin səssizliyi pozurdu. Son bir həftə ərzində bir neçə rayonda səfərdə olmuşdum.

Amma burda quşlar, böcəklər sanki var gücü ilə qışqırırdı. Sanki 30 illik həsrətin, niskilin başa çatdığını bağıra-bağıra hamıya eşitdirməyə çalışırdılar.
Bir anlıq dayandım və səslərə diqqətlə qulaq asdım, səslərin arasında bir zamanlar bu kəndin küçələrində sevinə-sevinə, oynaya-oynaya gəzən körpələrin gülüşləri gəldi qulağıma. Həyətlərdə toy şənliklərindıə insanların ucadan danışıqlarını eşitməyə başladım. Elə bir təbiət və ruhlar burda yenidən canlanmışdı.
Otlar, ağaclar qurusa da, hər bir evin həyətində ən azı bir ağacın yamyaşıl qaldığı diqqətimi çəkdi. Hər uçurulmuş evin həyətində bir ağac yamyaşıl qalmışdı. Ev sahibi kimi, evin ruhunu yaşatmaq üçün illərlə susuzluğa dözmüşdü.

Kəşfiyyatın səssiz qəhrəmanı:
Xanı Dayı haqqında İsmayılbəyli kəndində onun döyüş yoldaşları xatirələrini danışdılar. Kənd bərpa olunmasa da Xanı Dayının təşəbbüsü ilə kənd məzarlığı bərpa edilib. Məzarlıqda yaşı 200 il olan Türk mənşəli qəbirlər var.

Məzarlıq bir millətin qan yaddaşıdır. Tarixidir deyib Xanı Dayı. Kəndin, rayonun insanlarını səfərbər edib. Ərazini minalardan təmizləyib, məzarları bərpa ediblər.

Çünki bizim insanımız vəfalıdır. Evi dağılsa da, çadırı sökülsə də, ilk öncə torpaq altında yatan əzizlərini yad edər. Onları qoruyaraq o torpaqların gerçək sahiblərinin əmanətinə sahib çıxarlar.

İsmayılbəyli kəndinin qapısındaydıq.
Kəşfiyyatın səssiz qəhrəmanı:
Şirzad Əliyev öz xatirələrini danışdı. Şirzad Əliyev Xanı Dayı ilə uşaqlıq dostu olub. Həm də birlikdə döyüş yolu keçiblər. “Vaxtilə Milli Qəhrəman Şirin Mirzəyevin tabeçiliyində olan Müstəqil Azərbaycanın ilk hərbi birləşməsində əsgər kimi xidmətə başlamışam. O hərbi hissədə təlim keçdikdən sonra Ağdamın Abdal Gülablı kəndindəki taburda xidmətə başlamışam.

1993-cü ilin iyulun 5-də elə bu kənddə Bağbanlar kəndində düşmən arxasında döyüşdə olmuşam. O döyüşdə ağır yaralar aldım. Bizim bu ərazilər işğal ediləndən sonra ermənilər Novruzlu kəndinə hücum edib işğal etmişdilər. Biz döyüşərək onları geri oturtduq. O döyüşdə Xanı ilə birlikdə mən də iştirak edirdim. Ağdamda Mərzli ilə Pirzadlı arasında Dərəbağı deyilən yer var. Həmin ərazidən biz dörd nəfər keçdik düşmən arxasına. Xanı, Mən, Bəhruz və bir də adını unutmuşam kürdəmirli bir oğlan var idi keçdik düşmənin arxasına. Ermənilərin gücləndirilmiş postlarını məhv etdik. 44 günlük Vətən Savaşında da Xanı ilə birlikdə döyüşdük…”
Bəxtiyar Qəhrəmanov da Xanının dostu və silahdaşıdır. “1991-ci ildə könüllü olaraq döyüşlərə qatılmışam. Yaqub Rzayevin taburunda işğalçılara qarşı vuruşmuşam. Xanı ilə tanışlığım Ağdam işğal ediləndən sonra olub. 1994-cü ilin fevral ayının 1-dən 2-ə keçən gecə 25 nəfər kəşfiyyat bölüyünün əsgərləri olaraq bizi düşmən arxasına keçirdilər. Novruzlu kəndində düşmən arxasına keçən zaman mən Xanı ilə tanış oldum. Həmin tapşırıq zamanı gecənin qaranlığında Xanı ordan 22 mina aşkarlayıb çıxardı. Həmin əməliyyatı icra edən vaxt 48 düşmən əsgəri zərərsizləşdirdik. 44 günlük savaşda da mən Xanı ilə birlikdə düöyüşlərdə oldum”.

Xanı Dayının başqa bir silahdaşı, Ağdam rayonun Kəngərli kəndindən olan Aqil Məmmədov deyir ki, 1995-ci ildə kəşfiyyat bölüyündə xidmətə başlayıb. “Onun qəhrəmanlıqları o qədər çoxdur ki, saatlarla danışsaq bitməz. Xanı qeyri-adi bir insan idi. Onun əsgərlərə qayğısı, dosyluğu çox başqa idi. O həqiqətən də bu Xalqın qəhrəman oğlu idi…”
Kəşfiyyatın səssiz qəhrəmanı:
Müsahibimiz deyir ki, çox hadisə, çox xatirə var ki, onun haqqında saatlarla danışmaq olar.

Onun hərbçi dostlarından Yaşar Muradov da elə İsmayılbəyli kəndinin önündə xatirələrini danışdı. Keçmiş Dəvəçi, indiki Şabran rayonunda anadan olan Yaşar Muradov deyir ki, bizim Səyyaf Əhmədovla (Xanı red) tanışlığı 1993-cü ilin payızından başlayıb. “Biz onunla kəşfiyyat bölüyünün tərkibində bura gəldik. Bizimlə Zahid Əliyev idi, Soltan idi, Zahid idi, çox dəyərli döyüşçü yoldaşlarımızla birlikdə gəldik. Səyyaf çox həssas, qlbi təmiz bir insan idi. Ən sonuncu dəfə 2005-ci ildə Əhmədağalı, Çıraqlı istiqamətində, “Məzar” postu ilə “Babaoy” postu arasında neytral zonada çox vacib əhəmiyyət kəsb edən tək bir ev var idi. Həmin evə nəzarəti saxlamalı idik. Mən təxminən 45 nəfərlik bir kəşfiyyat dəstəsi hazırladım. Bundan sonra isə komanlıqdan xahiş etdim ki, 190 saylı hərbi hissədən də Xanı bizə qoşulsun. Mən ona çox güvənirdim. Ona etibar edirdim. Bilirdim ki, onunla əməliyyata gedirəmsə, mütləq qələbə qazanacam. Onunla xatirələrimiz çoxdur. Ağdamda döyüşlərdə iştirak edən, döyüşlərlə əlaqəsi olan hər kəs Xanını tanıyır. Onunla dostluq etdiyimə görə ömrümün sonuna qədər qürur duyacam. Ruhu şad olsun”
Kəşfiyyatın səssiz qəhrəmanı:
Hazırda ehtiyatda olan mayor Zahid Əliyev də Səyyaf Əhmədovun yaxın silahdaşı olub.

Deyir ki, onu tərifləməyə sözlər yetməz. “Bu Xalqın qəhrəmanları çoxdur. Allah şəhidlərimizə rəhmət eləsin. Xanı öndər qəhrəmanlardandır. Xanı 30 ilə yaxın bir müddətdə fasiləsiz olaraq Vətənə canla-başla xidmət edib. 1994-cü il yanvarın 31-dən fevralın 1-ə keçən gecə bir ta bor seçdik. Həmin taborla çətin bir əməliyyat planladıq. Tabor düşmən arxasına keçməli idi. Bu əməliyyatı da Xanıya daha çox güvənərək nəzərdə tutmuşduq. Tabor düşmənin arxasına keçməli idi və zərbə endirməli idi. İlk əvvəl minalanmış ərazini keçmək lazım idi. O zaman da Xanıya ehtiyacımız var idi. Ona dedim ki, əgər mühəndis-istehkamçılar bu işin öhdəsindən gəlməyə çətinlik çəksələr onlara kömək et. Bir təhlükəli minalı əraizyə daxil olduq. İstehkamçılar xeyli tərəddüd etdi. Çünki o ərazidə düşmən bir şey anlasaydı orada xeyli itki verə bilərdik. Elə bu vaxt Xanı həmin minalı əraziyə daxil oldu, ərazini təmizləyib minaları təkbaşına topladı. Bundan sonra düşmən arxasına keçdik. Bir saat düşmənin arxasında qalandan sonra onunla bir neçə zabitlə düşmənə yaxınlaşdır. Səhərə yaxın döyüş başladı. Novruzlu kəndi ərazisində çətin döyüş oldu. Düşmənə ağır zərbələr vurduq. O döyüşdə biz Xanı ilə birlikdə 4 nəfər mühasirəyə düşdük. Bundan sonra çəkildik düşmənin arxasına. 1 gün orda qaldıq. O zaman da boş dayanmadıq. Düşmənin artleriya qurğularının yerini müəyyən etdik. Daha sonra isə geri qayıtdıq” deyir Xanının silahdaşı mayor Zahid Əliyev.
Kəşfiyyatın səssiz qəhrəmanı:
Ağdam Rayon Veteranlar Təşkilatının sədri, Elşən Zeynalov da Xanı ilə xatirələrini danışdı:

– 1995-ci ildən Xanı ilə tanış olmuşuq. Ağdam cəbhəsində birlikdə xidmət etmişik. Xidmət dövründən ondan çox şey öyrənmişik. O hərbi hissədə kəşfiyyatın sütunu idi. Yüzlərlə kəşfiyyatçı yetişdirib. Mən Ağdamda hərbi hissədə tabor komandiri olan zamanlar rəhmətlik Raquf Orucov tərəfindən tapşırıq verilmişdi ki, düşmən tərəfindən bir hərbi qulluqçumuz şəhid edilib və onun qisası alınmalıdır. Çəmənli kəndinin üst tərəfində bu əməliyyatı iki qrup həyata keçirməli idi. Qrupun biri düşmənin diqqətini özünə çəkməli, digəri isə arxaya keçərək zərbə endirməli idi. Bu əməliyyatı da Xanı rəhbərlik edərək uğurla həyata keçirdi. Çoxlu tapşırıqlarımız olub ki, birlikdə uğurla yerinə yetirmişik. Allah onun ruhunu şad eləsin.
Kəşfiyyatın səssiz qəhrəmanı:
Kənan Quliyev Alpaqut Döyüş Sənəti üzrə Qarabağ regional qrupunun rəhbəridir:

– Xanı haqqında danışmaqla xatirələr bitməz. 44 günlük savaş ərəfəsində Xanı dayı bizə, Birinci Qarabağ savaşının iştirakçılarına müraciət etdi ki, döyüşdə iştirak edək. Biz bu gün də Alpaqut döyüşçülərini Xanının ruhunda tərbiyə edirik, onları döyüşlərə hazırlayırıq. Onun məzarını daim ziyarət edirik, söz veririk ki, getdiyimiz yarışlarda qalib gələcəyik. Və onun şərəfinə də qələbələrimizi ithaf edirik. Bu prinsiplərimizi də daim davam etdirəcəyik.

Kəşfiyyatın səssiz qəhrəmanı:
İsmayılbəylidən geri qayıtdıq. Bu dəfə Xanının məzarını ailəsi, dostları, kənd camaatı da ziyarət edirdi. Ömrünü Vətən uğrunda qurban verən Səyyaf Əhmədovun oğlu da ordaydı. Bizə əmanət qalan tək oğlu. Hərbi xidmət dövründə ilk övladını həkimə apara bilməmişdi deyə vəfat etmişdi. Səyyaf Əhmədov bu haqda sağlığında da danışıb. İndi Həsən Səyyaf oğlu Əhmədov ondan bizə yadigar qalan tək övladıdır. Həsən qürurla deyir ki, atam həmişə deyərdi ki. Vətəni canınızdan çox sevin. “”Aprel döyüşləri”ndə də, 44 günlük döyüşlərdə də dəfələrlə yaralansa da yenə də ön cəbhəyə gedirdi. Bir dəfə dedim ki, ata getmə bir az dincəl. Dedi orda mənim balalarım var, onları necə tək qoyum… Hər dəfə onu yola salanda tək arzum o idi sağ-salamat geri qayıtsın… Mən atamla həmişə fəxr etmişəm. Mən də onun davamçısı, hərbçi olub Vətənimin keşiyində durmaq istəyirəm” dedi Həsən… Xanı oğlu Həsən Əhmədov…

Birinci Qarabağ savaşından başlayan əfsanəvi qəhrəmanın həyat hekayəsini bir parça, bir kiçik epizodla işıq saldıq. Xanı kimi böyük qəhərmanlar haqqında yazmaq da qürurdur. Gələcək nəsillərə səlnamələri çatdırmaq, tarixi yaşatmaqdır borcumuz..

Razi Abasbəyli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05