Rusiya və Ukrayna arasında meyit mübadiləsi reallaşdı
Rusiya və Ukrayna arasında davam edən münaqişə fonunda həlak olmuş hərbçilərin meyitlərinin növbəti mübadiləsi baş tutub.
Yenicag.Az xəbər verir ki, bu barədə rusiyalı hərbi jurnalist Yevgeni Poddubnı məlumat paylaşıb.
“Həlak olanların meyitlərinin yeni mübadiləsi həyata keçirildi. Ukraynaya 522 nəfərin qalıqları təhvil verildi, Rusiyaya isə 33 hərbçinin meyiti qaytarıldı”, – deyə jurnalist özünün rəsmi “Telegram” kanalında yazıb.
Xatırladaq ki, tərəflər arasında bundan əvvəlki analoji missiya mayın 15-də həyata keçirilib. Həmin vaxt Rusiya 41, Ukrayna tərəfi isə 526 meyit almışdı. Eyni gündə, həmçinin “205×205” formulu üzrə əsir mübadiləsi də həyata keçirilmişdi.













