Gürcüstanda çaylardakı daşqın ehtimalı ilə əlaqədar əhaliyə xəbərdarlıq edildi
“Georgian Water and Power” şirkəti güclü yağışlar və daşqın ehtimalı ilə əlaqədar əhaliyə müraciət edib.
Yenicag.az xəbər verir ki, əsasən Mtsxeta-Mtianeti bölgəsinin əhalisinə ünvanlanan müraciətdə deyilir: “Güclü yağışlar nəticəsində Jinvali su anbarında suyun həcmi artıb. İyunun 18-dən etibarən Aragvi çayının yatağında su axınının artması gözlənilir. Xahiş edirik, bu dövrdə Aragvi çayının yatağı boyunca hərəkət edərkən xüsusi diqqətli olun”.
Məlumat üçün qeyd edək ki, 2015-ci ildən bəri Gürcüstands yağan güclü yağışlar nəticəsinsə bir neçə dəfə daşqınlar və torpaq sürüşməsi baş verib. Təbii fəlakətlər onlarla insanın həyatına son qoyub, infrastruktuta ciddi ziyan vurub./Azərtac/












