Azərbaycan ilk qızıl medalını qazandı

media-hightechnic-468x90

2a9b581ec0110317d6969aab068b0118Bu gün “Bakı-2015” birinci Avropa Oyunlarında karateçilər mübarizəyə qoşulublar.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, “Kristal Zal”da təşkil edilən ilk yarış günündə 60 kq çəkidə tatamiyə çıxan Firdovsi Fərzəliyev ilk qarşılaşmada ispaniyalı Matias Qomes Qarsiya ilə üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə məğlub edən I dan qara kəmər sahibinin növbəti görüşdə rəqibi italiyalı Luka Mareska olub. Karateçimiz bu dəfə də inamlı təsir bağışlayıb və qalib gəlməkdə çətinlik çəkməyib – 4:2. Bununla da yarımfinalda iştirak hüququ qazanan həmyerlimiz son görüşdə albaniyalı Halil Marqeş döyüşüb.

Üçüncü görüşündə də tatamini üstün tərk edən (6:0) Fərzəliyev qrup qalibi kimi mərhələ adlayıb. O, finala gedən yolda digər qrupun ikincisi moldovalı Emin Pavlovla qüvvəsini sınayıb. Həmyerlimiz bu dəfə də görüşdən qalib ayrılıb. O, 2:4 hesabı ilə geridə olsa da, sonda təmiz qələbə qazanıb.

Karateçimiz finalda qrup mərhələsində məğlub etdiyi Mareska ilə yarışıb və 4:0 qalib gəlib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600