“Azərbaycan isə bu prinsipləri pozur”

media-hightechnic-468x90

sabirrustemxanli19“Avropa Parlamentinin qətnaməsi bütövlükdə xalqa qarşı qoyulub və xalqın təhdidir”.

Bu fikirləri Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bu gün keçirilən növbədənkənar iclasda səsləndirib. Millət vəkili bildirib ki, burada erməni lobbisinin və türk-İslam birliyinə qarşı xristian həmrəylinin hücum cəhdləri var: “Bu gün müsəlman ölkəsi olan Azərbaycan demokratiya yolunda uğurla addımlayır: “Təbii ki, bütün bunlar Qərbin planlarını pozur. Çünki Qərb dünyada “müsəlmanlarda demokratiya ola bilməz” prinsiplərini nümayiş etdirir. Azərbaycan isə bu prinsipləri pozur”.

S.Rüstəmxanlı döyülərək öldürülən jurnalistlə bağlı müddəaya da etiraz edib: “Rasim Əliyev operator idi. Onun hakimiyyətə qarşı bir cümlə tənqidi yox idi. Avropanın Rasim Əliyevin ölümünü Azərbaycan hakimiyyətinin əleyhinə yazmaq cəhdləri gülüncdür”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600