!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan işğaldakı kəndlərini QAYTARIR? – “Ola bilər ki...”

!Reklam – Yazi

“İndiki Ermənistan hakimiyyətinin son vaxtlar sülhlə bağlı verdiyi bəyanatlar müsbət dəyərləndirilməlidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı deyib.

O, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sülh sazişinin müzakirə olunan bəndləri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, A. Mirzoyan açıqlamasında bəyan edib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsinin mətninin bir və ya iki bəndi razılaşdırılmamış qalır.

M. Zülfüqarlı xatırladıb ki, həmçinin ermənilərin belə bir bəyanatı da oldu ki, “erməni soyqırımı” məsələsi artıq onlar üçün prioritet deyil:

“Əvvəllər ermənilər bunu bütün dünyada tanıtmaq istəsələr də, hazırda bundan əl çəkiblər. Bu isə o deməkdir ki, indiki hakimiyyət Türkiyə və Azərbaycanla münasibətləri yumşaltmaq istəyir. Bu danışıqlarda məsələlər qoyulub ki, razılaşmalar əldə olunsun. Bunlardan birincisi, anklav məsələləridir. Çünki Azərbaycan Kərki, Barxudarlı, Sofulu və Aşağı Əskiparanın qaytarılmasını tələb edirsə, ermənilər də Başkəndin qaytarılmasını istəyirlər. Bu məsələdə isə artıq qarşıdurma yoxdur və bu, gələcəkdə danışıqlar yolu ilə həll oluna bilər”.

Professor əlavə edib ki, sərhədlərin hansı xəritə ilə müəyyən edilməsi məsələsi də buraya aiddir:

“Doğrudur, tam açıqlama verməsələr də, mənə elə gəlir ki, danışıqlar 1991-ci ilin xəritələri ilə gedir. Bütün hallarda, indiki dövrdə Qərbin bilavasitə təzyiqi ilə Ermənistan sazişin himayədarlarının istədiyi kimi imzalanmasını istəyir. Amma Azərbaycan tərəfinin də bu məsələdə vacib tələbləri mövcuddur. Biz Zəngəzur dəhlizi məsələsini qırağa qoysaq, Azərbaycan bəzi işğal olunmuş kəndlərin qaytarılmasını, sərhədlərdəki demarkasiya və delimitasiya məsələlərinə həssaslıqla yanaşır”.

Siyasi şərhçinin fikrincə, tərəflər ilkin, başlanğıc sənədə imza atıb daha sonradan bu məsələlərin müzakirələrini davam etdirmək istəyirlər:

“Bütövlükdə, bu danışıqların müsbət halları ola bilər ki, gələcəkdə qarşıdurma və müharibə təhlükəsi aradan qalxsın. Sərhədlərin təyin olunması məsələsinə gəldikdə, biz hələ Rusiya və Gürcüstanla da sərhədlərimiz dəqiq müəyyən edə bilmirik. Çünki bəzi sərhədlər çay yataqları ilə qərarlaşdırılıb deyə, onların axarını dəyişməsi nəticəsində yenidən bu məsələlər baxılmalıdır. Belə incəliklər olduğu üçün razılaşma əldə edib bu danışıqları növbəti mərhələlərdə davam etmək olar. Lakin danışıqlardan imtina edib hər hansı sənədə imza atmaqdan imtina etmək nə Azərbaycan, nə də Ermənistana sərf etmir”.

Rafi Müslümov

COP29

www.yenicag.az

290
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv