“Rusları çox ciddiyə almayın” - NATO Baş katibi

media-hightechnic-468x90

 NATO Baş katibi Mark Rutte Alyansın hərbi gücünə güvəndiklərini bildirib.

Yenicag. xəbər verir ki, bu barədə o Brüsseldə keçirilən NATO müdafiə nazirləri toplantısından sonra jurnalistlərə açıqlamasında deyib.

Baş katib söyləyib ki, Alyans hazırda ən müasir avadanlıqlara sahibdir və 50-60 ildir bu işi görürlər:

“Ona görə də rusları da çox ciddiyə almayın”.

O, NATO-nun 1 milyard insanın təhlükəsizliyini qorumağa hazır olduğunu vurğulayıb:

“NATO bir müdafiə ittifaqıdır, amma heç kim bizim qətiyyətimizi sınamamalıdır. Alyans Rusiyadan 25 dəfə böyükdür və iqtisadi gücü 50 trilyon dollara çatır”.

M. Rutte həmçinin Ukraynaya dəstəyin artırılması barədə müttəfiqlərin razılığa gəldiyini bildirib:

“Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizlə birbaşa əlaqəlidir”./Qafqazinfo/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa