Bu ölkədə restoranlarda müştərilərdən “servis haqqı” alınması qadağan edildi

media-hightechnic-468x90

2026-cı il yanvarın 1-dən Qırğızıstanda restoran və kafelərdə sifariş qiymətindən əlavə ayrıca xidmət haqqı tutulması qadağan ediləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Qərar ayrı-ayrı xidmət haqları yeməklərin təqdim edilməsi, süfrənin qurulması və digər personal xidmətləri üçün ödənişlərə aiddir . Qərarda qeyd olunub ki, sifariş verməzdən əvvəl bütün xidmətlər menyuda/qiymət cədvəlində göstərilən qiymətə daxil edilməlidir. Son ödəniş ümumi dərc edilmiş qiymət siyahısı əsasında hesablanmış məbləğdən fərqlənməməlidir.

Restoranlara menyularını, qiymət cədvəllərini, kassa aparatlarını və proqram təminatını yeni tələblərə uyğunlaşdırmaları tövsiyə olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa