Rektor: "Əldə etdiyimiz nəticə işini sevərək yerinə yetirən kollektiv sayəsindədir"
“Adambaşına ən çox kompüter düşən universitet məhz Qərbi Kaspi Universitetidir”.
Yenicag.az xəbər verir ki, bunu Qərbi Kaspi Universitetinin rektoru Hüseyn Bağırov mətbuat konfransında deyib.
O, universitetin müasir texnologiyalara uyğunlaşması baxımından uğurları barədə nəticələri açıqlayıb.
Rektor bildirib ki, elektronlaşma baxımından adambaşına ən çox kompüter düşən universitet məhz Qərbi Kaspi Universitetidir.
“Hətta ABŞ-nin təşkil etdiyi “Davamlı kampus” müsabiqəsi çərçivəsində iştirak edən Azərbaycan universitetləri sırasında 1, müsabiqəyə qatılan 19 ölkə universitetləri sırasında isə Qərbi Kaspi Universiteti 11-ci yerdə qərarlaşıb. Əldə etdiyimiz nəticə isə işini sevərək yerinə yetirən kollektiv sayəsindədir”,- deyə o bildirib.
Nəsimi Ələsgərli