“Müstəqilliyimiz bərpa olunduqdan sonra ölkəmiz daim yeni uğurlara imza ataraq beynəlxalq miqyasda özünü tanıda bildi”.
Yenicag.az xəbər verir ki, bu fikirləri İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda noyabrın 21-23-də keçiriləcək V konfransına hazırlıqla bağlı təşkil olunan brifinqdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Nazir müavini, Azərbaycanın İƏT-lə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb:
“Həm regional, həm də beynəlxalq müstəvidə Azərbaycanın nüfuzunun artması beynəlxlaq tədbirdlərin ölkəmizdə keçirilməsi üçün şərait yaradır.
Müstəqilliyimiz bərpa olunduqdan sonra ölkəmiz daim yeni uğurlara imza ataraq beynəlxalq miqyasda özünü tanıda bildi.
SSRİ-nin dağılmasından sonra Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzvlüyü bu addımlardan biri oldu. Azərbaycan təşkilatın 57 üzvündən biridir.
Azərbaycan təşkilata üzv olan ilk MDB ölkəsidir. Azərbaycan bir çox situasiyalarda ölkəmizə dəstək verən İƏT-lə əməkdaşlığa böyük əhəmiyyət verir”.
Nəsimi Ələsgərli
www.yenicag.az