!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan İslam Oyunlarına gələ bilməyən 7 ölkəyə maliyyə köməyi edəcək

!Reklam – Yazi

Bakıda keçiriləcək IV İsam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı bütün işlər həll olunub.

Yenicag.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

Nazir qeyd edib ki, 57 İslam ölkəsindən idmançıların IV İsam Həmrəyliyi Oyunlarında iştirakını təmin etmək əsas vəzifəmizdir. Artıq əlli ölkədən təsdiq cavabı almışıq və onlar iştirak edəcəklər. Qalan yeddi ölkənin bəzilərinin maliyyə məsələləri ilə bağlı müəyyən problemlər var. Çalışırıq ki, onlara da kömək edək və onları da oyunlara cəlb edək.

A.Rəhimov bildirib ki, hazırlıq prosesində növbəti addımımız nəqliyyat sistemi ilə bağlı işlərdir. Bu, çox vacib bir sistemdir. Birinci Avropa Oyunlarında çoxlu avtobus sifariş olunmuşdu. Bu dəfə başqa yol axtarıb bunu həyata keçirməliyik. Bu yollar da tapılıb. Yəni, daha ucuz və əlverişli vasitə var. Əsas odur ki, idmançılar tam şəkildə razı qalsınlar, onlar yarış məkanlarına çatdırılsınlar. Nazir əlavə edib ki, bütün idman komplekslərində işlər gedir, çatışmayan avadanlıqlar sifariş olunub.

Yenicag.az

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv