Azərbaycan klubu ərəblərlə qarşılaşacaq

media-hightechnic-468x90

İyulun 10-dan 27-dək Türkiyənin Kartepe qəsəbəsində təlim-məşq toplanışında olacaq “Səbail”in yoxlama oyunu keçirəcəyi rəqibləri müəyyənləşib.

Yenicag.az xəbər verir ki, Bakı təmsilçisinin ilk rəqibi iyulun 13-də Omanın U-23 yığması olacaq.

İyulun 15-də son mövsümü İran Pro-liqasında 4-cü pillədə başa vuran “Zob Ahan”la üz-üzə gələcək “aslanlar” iyulun 20-də Səudiyyə Ərəbistanını təmsil edən “Əl İttifaq” ilə qarşılaşacaq. 3 gün sonra “Səbail”in rəqibi Özbəkistan təmsilçisi “Paxtakor” olacaq.

Samir Əliyevin yetirmələri hazırlıq prosesi çərçivəsində son oyununu iyulun 26-da Səudiyyə Ərəbistanının “Əl Raed” komandasına qarşı keçirəcək.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600