Azərbaycan MDB “dəftəri”ni BAĞLADI? – “Rusiya ilə ortaq maraqlar qalmayıb”

media-hightechnic-468x90

“Azərbaycan artıq MDB tədbirlərində iştirak etmir və onlardan uzaqlaşıb”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Vəli Əlibəyov deyib.

O, Azərbaycan, Türkiyə, Ermənistan, Pakistan, Rusiya, İran, Hindistan, Belarus, Qırğızıstan və Qazaxıstan liderlərinin iştirak edəcəyi Şanxay Əməkdaşlıq Təşkilatı beşinci sammitinin mümkün nəticələrindən danışıb.

Politoloq bildirib ki, əvvəlki illərdən fərqli olaraq, indi ümidlər və regiondakı vəziyyət bir qədər dəyişib:

“Qeyd olunan ölkə ölkələrin maraqları artıq tamamilə fərqli istiqamətlərə yönəlir. Rusiya üçün bu gün əsas məsələ beynəlxalq auditoriyaya çıxmaq, beynəlxalq tribunadan öz fikirlərini dünyaya çatdırmaqdır. Alyaskadakı görüşdən sonra “artıq hamı bizi qəbul edəcək” təsəvvürü yaranmışdı. Şanxaydakı toplantıda da çalışacaqlar ki, bu siyasəti “uğur” kimi davam etdirsinlər”.

“Amma tərəflər arasında hansısa ciddi ortaq məxrəcə gəlinməsi və ya hansısa sənədlərin imzalanması indiki mərhələdə real görünmür. Ən azından, Azərbaycanla Rusiyanı birləşdirəcək ortaq maraqlar yoxdur. Hazırda qütbləşmə özünü açıq şəkildə göstərir. Azərbaycan artıq MDB tədbirlərində iştirak etmir və onlardan uzaqlaşıb. Yaxın gələcəkdə də Rusiyanın iştirak etdiyi təşkilatlarda fəallıq göstərməyəcək. Hətta Rusiyanın maraqlarına uyğun sənədlərə imza atması da inandırıcı görünmür”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa