Azərbaycan millisi çox yaxşı komandadır, hörmətlə yanaşırıq
“Azərbaycan çox yaxşı komandadır, rəqibə hörmətlə yanaşırıq”.
Yenicag.az xəbər verir ki, bunu Belarus millisinin baş məşqçisi Karlos Allos Azərbaycan yığmasına qarşı Bakıda keçirəcəkləri yoxlama görüşündən əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis sabahkı matçda qələbə qazanmağa çalışacaqlarını söyləyib:
“Futbolda hər zaman təzyiq var. Sabah məğlub olsaq, komanda təzyiq altına düşəcək. Azərbaycan millisi çox yaxşı komandadır, rəqibə hörmətlə yanaşırıq. Son oyunda onlara uduzmuşduq. Sabah rahat oyun olmayacaq. Qələbə üçün meydana çıxacağıq. Sistem baxımından nələrisə sınaqdan keçirmək fürsəti qazanacağıq”.
O, fərqli havada və meydanda oynayacaqlarına baxmayaraq, tam hazır olduqlarını vurğulayıb:
“Fərqli meydanda oynayacağıq. Həmçinin bundan öncəki, Türkmənistanla matçla müqayisədə hava daha soyuqdur. Təbii meydanda və soyuq havada oynayacağıq. Buna baxmayaraq, tez gəldik və hazırlıq keçdik. Oyuna tam hazırıq. Zədəli futbolçumuz, hər hansı problemimiz yoxdur. Yalnız qalır sabahkı oyun üçün yekun heyətlə bağlı qərar vermək”.
Martın 25-də Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq Azərbaycan – Belarus matçının start fiti saat 21:45-də səsləndiriləcək.