Azərbaycan millisi Maltanı məğlub etdi

media-hightechnic-468x90

11124245_10204647186440781_1182174075_nertfg“Bakı-2015” birinci Avropa Oyunlarında su polosu üzrə yarışların beşinci gününə start verilib.

Kişilərin yarışında Ukrayna-Türkiyə, Azərbaycan-Malta, Rusiya-Monteneqro, Yunanıstan-Fransa, Almaniya-Slovakiya, Serbiya-Rumıniya, qadınların mübarizəsində isə A qrupunda Yunanıstan-İsrail, Almaniya-Niderland, Macarıstan-Böyük Britaniya komandaları mübarizə aparacaq.

B qrupunda isə Slovakiya-İtaliya, Rusiya-Serbiya, İspaniya-Fransa yığmaları qarşılaşacaqlar.

Kişilərin yarışında Ukrayna millisi ilə qarşılaşan Türkiyə yığması görüşdən qalib ayrılıb – 11:9. Qadınların yarışında isə Yunanıstan komandası 19:4 hesabı ilə İsrail yığması üzərində qələbə qazanıb.

Kişi su poloçulardan ibarət Azərbaycan millisi Malta komandası üzərində 8:7 hesabı ilə qələbə qazanıb. Qadınların mübarizəsində isə Niderland komandası Almaniya kollektivini böyük hesabla məğlub edib – 16:4

Növbəti oyunlarda kişilərin yarışında Rusiya-Monteneqro, qadınlar arasında isə Slovakiya-İtaliya komandaları üz-üzə gələcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600