Azərbaycan millisi Tbilisidə toplanışa başladı
18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Gürcüstanın paytaxtı Tbilisi şəhərində təlim-məşq toplanışına başlayıb.
Bu barədə Yenicag.az-a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yığmanın hazırlıq prosesində yerli komandalarla bir neçə yoldaşlıq görüşü keçirməsi də planlaşdırılır.
Hazırlıq prosesində əsas məqsəd iyulun 25-dən – avqustun 3-dək Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatı B divizionunun oyunlarına hazırlaşmaqdır.
Qeyd edək ki, təlim-məşq toplanışının ilk mərhələsi iyunun -12-də yekunlaşacaq.