!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan millisinin DÇ-2026-dakı rəqibləri MƏLUM OLDU

!Reklam – Yazi

Bu gün futbol üzrə 2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilir.

Yenicag.az xəbər verir ki, tədbir İsveçrənin Sürix şəhərində təşkil olunub.

Püşkatmada Azərbaycan millisinin rəqiblərinin də adına aydınlıq gəlib.

Püşkün nəticəsinə görə, Azərbaycan millisi 4 komandalı D qrupuna düşüb.

Fernandu Santuşun baş məşqçi olduğu Azərbaycan komandası Fransa-Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiya kollektivləri ilə birlikdə mübarizə aparacaq.

Seçmə mərhələdə 12 qrup təşkil ediləcək. Hər qrupda 4 və ya 5 komanda iştirak edəcək.

5 komandalı qruplarda oyunlar 2025-ci ilin martında, 4 komandalı qruplarda isə sentyabrda başlanacaq.

Rəqiblər bir-birinə qarşı evdə və səfərdə olmaqla 2 oyun keçirəcək. Qrup mərhələsinə 2025-ci ilin noyabrında yekun vurulacaq.

Qeyd edək ki, DÇ-2026-nın final mərhələsi iyunun 11-dən iyulun 19-dək Kanada, Meksika və ABŞ-də təşkil olunacaq. Bu mundial tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək.

www.yenicag.az

328
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv