Azərbaycan millisinin keçmiş baş məşqçisi müflisləşir
Futbol üzrə Azərbaycan yığma komandasının keçmiş baş məşqçisi Robert Prosineçki müflis olmağa yaxındır.
Yenicag.az xəbər verir ki, təcrübəli mütəxəssisin sahibi olduğu “Steviq Life” şokolad fabriki 360 min avro borcunun olması səbəbilə iflas həddinə çatıb.
56 yaşlı xorvat baş məşqçinin borcu olduğu şəxslər fabriki məhkəməyə veriblər. Bu il iyulun 1-də şikayətçilərin iddialarını araşdırmaq üçün məhkəmə iclası keçiriləcək.
Sözügedən şirkət R.Prosineçki tərəfindən 2018-ci ildə 2 654 avroluq sərmayə ilə qurulub.
Xatırladaq ki, R.Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb./Oxu.Az /