Qaqauziyanın rəhbəri ilə görüş – FOTOLAR / VİDEO

media-hightechnic-468x90

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 ili ilə bağlı Moldova Respublikasında Moldovada səfərdə olan Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı səfər çərçivəsində Qaqauziya Muxtar Ərazisinin rəhbəri İrina Vlax ilə görüşüb.

Yenicag.az xəbər verir ki, görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Qaqauziyaya münasibətini yüksək dəyərləndirən İrina Vlax bildirib ki, Azərbaycan Qaqauziyada bir sıra sosial layihələr həyata keçirib və bu gün də bu tədbirlər davam etdirilir.

Qaqauziyada Heydər Əliyev Fondu tərəfindən 650 yerlik yeni məktəbin inşa edildiyini qeyd edərək, bu kimi təşəbbüslərin iki ölkə arasında olan dostluq münasibətlərinin genişləndirilməsi istiqamətində mühüm rol oynadığını vurğulayıb.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər Qaqauziya ilə türk dövlətlərinin media əlaqələrinin inkişaf perspektivlərindən danışıb.


“Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı Heydər Əliyev ili çərçivəsində nəzərdə tutulan layihələrdə qaqauz gənclərini görmək istədiklərini xanım Vlaxın diqqətinə çatdırıb.

Görüşün sonunda Qaqauziya Muxtar Ərazisinin rəhbəri İrina Vlaxa “Təşəkkürnamə” və Azərbaycanın milli hədiyyələri təqdim edilib, xatirə şəkli çəkdirilib.

Görüşdə Azərbaycanın Moldovadakı Səfirliyinin Birinci Katibi İlqar Fərəcov da iştirak edib.

 

Daha sonra heyət Ulu Öndər Heydər Əliyevin Komrat şəhərində ucaldılan büstünü ziyarət edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa