Mərakeşli hərbçilər Qəzzaya daxil oldular

media-hightechnic-468x90

Sülh Şurasının patronajlığı altında fəaliyyət göstərən Mərakeş Silahlı Qüvvələrinin (SQ) hərbi nümayəndə heyəti Fələstinin Qəzza zolağına ilk tanışlıq səfərini həyata keçirib.

media-banner_tuq

Yenicag.az bu barədə “Maghreb Times” portalına istinadən xəbər verir.

Tərkibinə 30-a yaxın zabitin daxil olduğu Mərakeş hərbçilərindən ibarət qrup Sülh Şurasının təşəbbüsü ilə yaradılan, Qəzzada vəziyyətin sabitləşdirilməsi üzrə beynəlxalq qüvvələrin Fələstin anklavında yerləşdirilməsinə hazırlıq mərhələsi çərçivəsində bölgəyə səfər edib.

Bildirilir ki, zabitlərin Qəzza zolağına səfərinin əsas məqsədi beynəlxalq sabitləşdirmə qüvvələrinin təlimlərinin keçiriləcəyi ehtimal olunan əraziləri müəyyənləşdirmək olub.

Qeyd edək ki, iyulun 15-də Mərakeş və Sülh Şurası krallığın müəyyən hərbi bölmələrinin Fələstin anklavında fəaliyyət göstərəcək beynəlxalq sabitləşdirmə qüvvələrinin tərkibində iştirakına dair rəsmi saziş imzalayıblar.

Xatırladaq ki, yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndəsi Sülh Şurasının Nizamnaməsini imzalayıb. Sülh Şurası Qəzzanın idarə olunması ilə bağlı İsrail və Fələstinin HƏMAS hərəkatı arasında əldə edilmiş razılaşma əsasında yaradılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05