!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan nefti bahalaşdı

!Reklam – Yazi

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 18-də 68,5 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,32 dollar/barel çoxdur.

Yenicag.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 67,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,34 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 65,83 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,61 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti 66,86 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,58 dollar çoxdur./Trend/

COP29

www.yenicag.az

8935
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv