Azərbaycan nefti bahalaşdı

media-hightechnic-468x90

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 26-da 69,38 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,69 dollar/barel çoxdur.

Yenicag.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,43 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,85 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 67,73 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,72 dollar/barel çoxdur./Trend/

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa