Reklam: High Technic
hightechnic

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 11-də 82,45 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 2,69 dollar/barel azdır.

Yenicag.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 11-də 81,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,69 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 11-də 78,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,68 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə oktyabrın 11-də 81,29 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,64 dollar/barel azdır.

www.yenicag.az

1111