Azərbaycan Niderlanddan qızılgül idxalını 5 dəfədən çox artırıb

media-hightechnic-468x90

Bu ilin yanvar ayında Azərbaycana xaricdən 652 min ABŞ dolları dəyərində 480 min ədəd qızılgül gətirilib.

media-banner_tkm

Yenicag.az “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 37 %, kəmiyyət olaraq – 26 % azdır.

Hesabat dövründə Azərbaycan Ekvadordan 525 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 38 % az) 366 min ədəd (-24 %), Keniyadan 56 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 45 min ədəd (+3 dəfə), Kolumbiyadan 24,4 min ABŞ dolları dəyərində (-75 %) 22 min ədəd (-69 %), Çindən 17,7 min ABŞ dolları dəyərində (+82 %) 4,4 min ədəd (-36 %), Niderlanddan 7,1 min ABŞ dolları dəyərində (+4 dəfə) 6,3 min ədəd (+5,3 dəfə) məhsul alıb.

2025-ci ildə Azərbaycana idxal edilmiş 9,27 milyon ədəd qızılgülün 65 %-i Ekvadorun payına düşüb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05