İranın sabiq Ali rəhbəri Seyid Əli Xameneinin dəfn mərasimində iştirak edəcək Azərbaycanın nümayəndə heyəti Tehrandadır.
Yenicag.az xəbər verir ki, nümayəndə heyətimiz rəsmi qarşılanma mərasimi ilə Mehrabad Beynəlxalq Hava Limanına gəlib.
Nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmilər daxildir.













