“Özlərini musiqiçi adlandıran, amma mədəniyyətsiz olanlar...” – Tanınmış memardan Bakıdakı keçidlərlə bağlı SƏRT ETİRAZ/VİDEO

media-hightechnic-468x90

Tanınmış memar, memarlıq üzrə elmlər doktoru, professor Elçin Əliyev Bakıda əsasən yeraltı keçidlərdə küçə musiqisi ilə məşğul olanları sərt tənqid edib.

media-banner_tuq

media-whatsapp-image-2026-07-03-at-14-33-15

Yenicag.az xəbər verir ki, tanınmış memar küçə musiqisinin qarşısının alınmasına çağırış edib:

“Yeraltı piyada keçidlərindən istifadə etmək artıq, demək olar ki, mümkün deyil — piyadalar və şəhərimizin qonaqları özlərini «musiqiçi» adlandıran, lakin çox vaxt nə elementar mədəniyyətə, nə də ətrafdakılara hörmətə malik olmayan insanların girovuna çevriliblər.

Yeraltı keçidlər kimi qapalı məkanlarda səs gücləndiricilərindən istifadə təcili şəkildə qadağan edilməlidir. İnsanlar qulaqbatırıcı səs-küy içində hərəkət etməyə məcbur qalırlar, bəziləri isə artıq yeraltı keçidə düşməmək üçün yol hərəkəti qaydalarını pozaraq küçəni birbaşa avtomobil yolundan keçməyə üstünlük verirlər.

Yeraltı piyada keçidləri hamı üçün təhlükəsiz və rahat məkan olmalıdır, şəhər sakinlərini və qonaqları yüksək səslə narahat edən yerlərə çevrilməməlidir…”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05